Rusiyada azərbaycanlıların iştirakı ilə atışma - 1 ÖLÜ, 3 YARALI

  • By admin
  • 19 Yanvar 2018 08:30

Rusiyanın Volqoqrad şəhərində atışma zamanı 1 nəfər ölüb, ikisi azərbaycanlı olmaqla, 3 nəfər ağır yaralanıb.

Gununsesi.info xəbər verir ki, ilkin məlumata əsasən, münaqişə şəhərin Krasnoarmeyski küçəsində fəaliyyət göstərən kafelərdən birində baş verib.

Məlumata görə, öldürülən şəxsin milliyyətinin rus, yaralananlardan birinin – çeçen, digər iki nəfərin isə azərbaycanlı qardaşlar olduğu bildirilir.

Qafqazlı olduğu bildirilən silahlı şəxslər hadisə yerindən iki avtomobillə uzaqlaşıblar. “İnfiniti” və “Lada Priora” markalı avtomobillərin axtarışı və saxlanılması istiqamətində əməliyyat aparılır.

Bəzi məlumatlara görə, hücum edən şəxslər artıq saxlanılıb.