Rusiyada bir ailənin 4 üzvü yoxa çıxıb - TELEFON SİQNALLARI DA YOXDUR

  • Müəllif: admin
  • 19 Dekabr 2018 15:47

Rusiyanın Novosibirskiy vilayətinin Toquçin şəhərində yaşayan azərbaycanlı ailənin 4 üzvü itkin düşüb.

Gununsesi.org-un “Report”a istinadən məlumatına görə, bunlar 2000-ci il təvəllüdlü Rüstəmov Ruslan Rüstəm oğlu və 2002-ci il təvəllüdlü Rüstəmov Vadim Rüstəm oğlu qardaşları, onların ögey bacıları Rüstəmova Ruslana Rüstəm qızı və qardaşların analığı Vorontsova Nataliya Qriqoriyevnadır.

Şəhərə bitişik qəsəbələrin birində yaşayan ailə üzvləri dekabrın 14-də qonaq getdikləri Tatarsk şəhərindən geri qayıdanrkən onlarla əlaqə kəsilib. Onların üzərlərindəki telefonların da yerini müəyyən etmək mümkün deyil. Ailənin başçısı Rüstəm Rüstəmov uzun müddətdir Rusiyada yaşayır və bizneslə məşğuldur.