Rusiyada Çin avtomobilləri yeni qiymət rekordu qırıb

  • By Admin2
  • 05 İyun 2026 11:02

2026-cı ilin may ayında Rusiya bazarında yeni bir Çin avtomobilinin orta qiyməti 4,1 milyon rubl təşkil edib.

Gununsesi.info bu barədə məlumatı Avto.ru saytına istinadən verir. 

Portalın məlumatına görə, “May ayında yeni Çin avtomobilinin orta qiyməti aylıq müqayisədə 0,4%, ötən ilin may ayı ilə müqayisədə isə 12,4% artaraq 4,07 milyon rubl təşkil edib”.

Analitiklər orta qiymətin ildən-ilə artmasını təklif strukturundakı dəyişikliklərlə əlaqələndirirlər: ən əlverişli modellər tədricən məhsul çeşidindən çıxarılır və onların yerini daha bahalı modellər tutur.

Rusiya bazarında rəsmi olaraq ən çox orta qiymət azalması ilə ən çox satılan üç modelin hamısı Çin krossoverləri olub: Jaecoo J7 (3,6% azalaraq 3,2 milyon rubla), SWM G05 Pro (2,4% azalaraq 1,9 milyon rubla) və Jaecoo J6 (2,3% azalaraq 2,4 milyon rubla).

Maqsud

Gununsesi.info