Rusiyada dəhşətli yanğında beşi uşaq olmaqla, yeddi nəfər ölüb

  • By admin
  • 19 Oktyabr 2019 15:42

Rusiyanın Yaroslavl vilayətində dəhşətli yanğın baş verib. 

Gununsesi.org xəbər verir ki, Rostov rayonunda baş vermiş yanğında yeddi nəfər ölüb.

Yanğın oktyabrın 10-na keçən gecə çoxmənzilli binada qeydə alınıb. Ölənlərdən beşi uşaqdır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

 

Gununsesi.org