Rusiyada daha 132 nəfər pandemiyanın qurbanı oldu

  • By admin
  • 16 Sentyabr 2020 11:53

Rusiyada son bir gündə daha 5 670 nəfərə COVID-19 diaqnozu qoyulub.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 079 519 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 132 nəfər artaraq 18 917-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 890 114 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 750 nəfər.

 

 

Gununsesi.info