Rusiyada deputat və həyat yoldaşı öldürülüb

  • By admin
  • 28 Yanvar 2020 19:55

Rusiya Federasiyası Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Kaliniçenko adına dənli bitkilər Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun direktoru Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanın evində meyiti tapılıb.

Gununsesi.org-un TASS-a istinadən verdiyi məlumata görə, meyitlərin üzərində çoxsaylı kəsik yaraları olub.

İlkin ehtimala görə, deputat və həyat yoldaşı qarət məqsədilə qətlə yetirilib.

Hüquq-mühafizə orqanları araşdırma aparır. 

Gununsesi.org