Rusiyada güclü yanğın - ÖLƏNLƏR VAR

  • Müəllif: admin
  • 25 Noyabr 2017 08:20

Rusiyada baş verən yanğın nəticəsində 2 pensiyaçı və 2 azyaşlı uşaq ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə Vladivostok şəhərində, yaşayış binasında  qeydə alınıb.

Yanğın söndürüləndən sonra mənzildə iki ahıl yaşda olan şəxsin (1942 və 1947-ci il təvəllüdlü) meyiti aşkar edilib.

Yanğınsöndürənlər iki azyaşlını yanan mənzildən çıxarsalar da, onların həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info