Rusiyada güclü yanğın 2 ÖLÜ, 7 YARALI

  • By admin
  • 16 Sentyabr 2017 15:23

59552c59ccac3e2df6d7892a84665ca0

Rusiyada yaşlılar və əlillər üçün nəzərdə tutulmuş pansionatda yanğın baş verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yanğın pansionatın üçüncü mərtəbəsində yerləşən istirahət otağındakı televizor və mebelin yanması ilə başlayıb.

İvanovsk vilayətində baş vermiş hadisə nəticəsində 7 nəfər xəsarət alıb, 2 nəfər ölüb. 112 nəfər təxliyə edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info