Rusiyada gücü zəlzələ

  • Müəllif: Günel
  • 08 May 2025 08:43

Rusiyanın Kamçatka yarımadasında, Avaçinski körfəzi akvatoriyasında 58 kilometr dərinlikdə 5,1 maqnitudalı zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərinin bəzi hissələrində 3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Qeyd olunur ki, hadisə ilə bağlı sunami təhlükəsi elan edilməyib.

Gununsesi.info