Rusiyada hərbi helikopter qəzaya uğradı: Ölənlər var - FOTO

  • By admin
  • 26 May 2020 09:12

Rusiyanın Çukotka Muxtar Dairəsində yerləşən “Uqolnıye kopi” hava limanında hərbi helikopter qəzaya uğrayıb.

“Mash” “Telegram” kanalının verdiyi məlumata görə, hava gəmisinin göyərtəsində dörd nəfər olub.

Helikopter yerin səthinə dəydikdən sonra alışıb. Heyət üzvlərinin hamısı həlak olub.

Qəzaya texniki nasazlığın səbəb olduğu güman edilir.

Gununsesi.org