Rusiyada hərbi hissədə atəş açan şəxsin kimliyi məlum olub – YENİLƏNİB

  • Müəllif: admin
  • 29 Sentyabr 2017 20:40

pic-21bb2656626042dcfadb4750c857d127
Rusiyanın Amur vilayətində hərbi hissədə atəş açaraq 1 zabit və 2 əsgəri güllələyərək öldürənin şəxsiyyəti müəyyənləşdirilib.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu, Dağıstan Respublikasının sakini, 1994-cü il təvəllüdlü Həsən Əbdüləhədovdur.

Onun 2017-ci ilin sentyabrından hərbi xidmətdə olduğu bildirilir. H. Əbdüləhədov hərbi hissədə keçirilən təlim zamanı odlu silahdan atəş açaraq 1 zabit və 2 əsgəri güllələyərək öldürüb, daha 2 hərbçini yaralayaraq hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

19:37

Rusiyanın Amur vilayətində yerləşən hərbi hissələrin birində atışma olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, əsgərlərdən biri digərinə atəş açıb.

Nəticədə 3 nəfər yerindəcə ölüb, 2 nəfər isə yaralanıb. Ölənlərdən biri zabit, ikisi əsgər olub.

Atəş açan əsgər hadisə yerindən qaçıb.

 

Gununsesi.info