Rusiyada hərbi poliqonda mərmi partladı: Yaralılar var

  • By admin
  • 16 İyun 2020 11:31

Rusiyanın Novosibirsk vilayətində artilleriya mərmisinin partlaması nəticəsində dörd hərbçi ağır yaralanıb.

Gununsesi.org bildirir ki, TASS agentliyi xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Dairənin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, 15 iyun 2020-ci il təhlükəsizlik tələblərinin kobud şəkildə pozulması nəticəsində hərbi poliqonda artilleriya mərmisi anidən partlayıb.

Dağıdıcı partlayış nəticəsində dörd hərbçinin ağır xəsarət aldığı qeyd olunub.

Gununsesi.org