
Rusiyanın Ulan-Ude şəhərində kafelərdən birində güclü partlayış olub.
Gununsesi.org-un “REN TV”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Onlardan ikisi reanimasiyaya yerləşdirilib, biri isə komaya düşüb.
Qeyd olunur ki, yaralananlar kafenin işçiləri olub.
Gununsesi.org