Rusiyada katerlə barjanın toqquşması nəticəsində 4 nəfər ölüb

  • By admin
  • 09 Sentyabr 2020 21:41

Ruisyanın Xantı-Mansi muxtar dairəsində motorlu qayıqla barjanın toqquşması nəticəsində 4 nəfər ölüb.

Gununsesi.info “TASS”-a istinadən xəbər verir ki, hadisə Surqut çayında baş verib.

“Hazırda hamımız hadisə yerindəyik, katerdə 8 nəfər olub, dörd nəfər ölüb, dördü isə yaralanıb. Barjada isə xəsarət alan olmayıb”, – deyə şəhər rəhbərinin müavini Aleksey Jerdyev bildirib.

 

 

Gununsesi.info