Gununsesi.info-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, qonşu ölkənin onlarla şəhərində pensiya yaşının qaldırılmasına etiraz əlaməti olaraq, mitinqlər keçirilib.
Aksiyaların əksəriyyəti yeri hakimiyyəti orqanları ilə razılaşdırılmış olub.
Mintinqlərin ən kütləvilərindən biri Omsk şəhərində baş tutub. Məlumata görə, aksiya keçiriləş şəhərlərdə 7 nəfər saxlanıb.
Məlumat üçün bildirək ki, hökumətin təqdim etdiyi yeni qanun layihəsi qadınlar üçün pensiya yaşının 63-ə, kişilər üçün isə 65-ə qaldırılmasını nəzərdə tutr.
Qeyd edilməlidir ki, pensiya yaşının qaldırılmasına qarşı etirazların təşkilində və keçirilməsində ölkənin həmkarlar təşkilatları yaxından iştirak edir.












