Rusiyada məktəbdə silahlı insident baş verib - YARALANANLAR VAR

  • By admin
  • 05 Sentyabr 2017 14:36

qumbara1493039824
Rusiyada məktəblərin birində silahlı insident qeydə alınıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saat 10 radələrində Moskvanın 20 km şimalında yerləşən İvanteyevka şəhərindəki məktəblərin birində baş verib.

Belə ki, şagirdlərdən biri əlində pnevmatik silah və çəkiclə sinif otağına daxil olaraq müəlliməsi və sinif rəhbərinə hücum edib.

İlkin məlumata görə, 4 nəfər yaralanıb. Atəş açan yeniyetmə isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Anar
Gununsesi.info