Rusiyada naməlum şəxs küçədə hamilə qadını və bir kişini güllələyərək öldürüb

  • By admin
  • 16 Fevral 2020 10:14

Rusiyanın Kalininqrad şəhərinin Mərkəzi Bazarın yaxınlığında – professor Baranov küçəsində naməlum şəxs ov tüfəngi ilə yoldan keçən insanlara atəş açıb.

Gununsesi.org-un TASS-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində biri hamilə qadın olmaqla iki nəfər ölüb, 13 yaşlı yeniyetmə isə yaralanıb.

Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, hadisəni törədən şəxs özünə xəsarət yetirərək qəsd etmək istəyib.

Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin regional şöbəsi tərəfindən cinayət işi açılıb.

RİA Novosti-nin yaydığı məlumatda isə bildirilib ki, insanlara atəş açan həmin şəxs xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

 

 

Gununsesi.org