Rusiyada prezident seçkilərinə start verildi

  • Müəllif: admin
  • 18 Dekabr 2017 14:24

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, 2018-ci ilin martında keçiriləcək prezident seçkilərinə 23 şəxs iddailıdır.

Gununsesi.info “rossiyskaya” qəzetinə istinadən xəbər verir ki, seçkilərdə Rusiyanın indiki prezidenti Vladimir Putin də daxil olmaqla  23 nəfər öz namizədliyini irəli sürüb.

Qanunvericiliyə əsasən prezidentliyə müstəqil namizəd olmaq istəyən şəxs 2018-ci ilin fevralın 1-dək 300 min imza toplamalıdır. Partiyadan olan namizədlər isə 100 mindən artıq imza toplamalıdır.

Hər bir namizəd üçün 250 min dollarlıq büdcə nəzərdə tutulur.

Gununsesi.info