
Rusiyanın Tver vilayətində “50 illik Oktyabr” bağçılıq dərnəyinin 8 üzvü güllələnərək öldürülüb.
Gununsesi.info-nun TASS agentliyinə istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən, Konakovsk rayonunun Redkino qəsəbəsində dərnəyə elektrik işləri görmək üçün çağırılmış elektriklə mübahisə olub.
Elektrik evə qayıdaraq silah götürüb və dərnəyə gələrək 6 kişi və 2 qadını güllələyib. 8 nəfəri qətlə yetirən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Rusiyanın Tver vilayətinin Konakovsk rayonunda bağçılıq dərnəyində güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb.
Bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Gununsesi.info










