Rusiyada qızıl mədənində bənd uçdu - 11 ÖLÜ

  • By admin
  • 19 Oktyabr 2019 09:36
Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərində quraşdırılan bəndin uçması nəticəsində 11 nəfərə ölüb.
Gununsesi.org “RİA Novosti”-yə istinadən xəbər verir ki, daha 15 nəfər itkin düşüb.
Yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 03:00) Şetinkino qəsəbəsində qızıl mədən artelinin texnoloji anbarının bəndi uçub. Nəticədə işçi qəsəbəsində olan iki müvəqqəti yataqxana su altında qalıb.
Gununsesi.org