Rusiyada sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatı başa çatıb - FOTO

  • By admin
  • 12 Fevral 2018 08:40

Rusiyanın Moskva vilayətində “AN-148” tipli sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya FHN-nin regional idarəsindən bildirilib.

Məlumata görə, müstəntiqlər hadisə yerində araşdırmaları davam edirlər. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib ki, hadisə yerinə baxış bir neçə gün davam edə bilər.

Qəzanın səbəbləri hələlik məlum deyil. Hadisə yerindən təyyarənin qara qutusu aşkarlanıb.

Qeyd edək ki, Moskva-Orsk marşrutu ilə uçan AN-148 tipli sərnişin təyyarəsi Moskva vilayəti ərazisində qəzaya uğrayıb. Nəticədə 65 sərnişin və 6 heyət üzvü ölüb.

Gununsesi.info