Rusiyada son həftədə koronavirusa yoluxma 30 FAİZ ARTIB

  • By admin
  • 18 İyul 2022 14:01

Rusiyada son bir həftədə koronavirusa yoluxma halları 30,2 faiz hər 100 min nəfərə düşən xəstəxanaya yerləşdirilənlərin sayı isə 3,2 faiz artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə infeksiyaya qarşı mübarizə üzrə federal operativ qərargahdan məlumat verilib.

Məlumatına görə, xəstəxanaya yerləşdirilənlərin sayı 44 regionda, xəstələnmə halları isə 68 regionda artıb.

Son sutka ərzində koronavirusa yoluxanların sayı 4548, ölənlərin sayı isə 35 nəfər olub.

Gununsesi.info