Rusiyada son sutkada koronavirusa 9 minə yaxın yoluxma

  • By admin
  • 25 Aprel 2021 17:12

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 8 780 nəfər artıb.

Gununsesi.info TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Koronavirusla Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Son 24 saatda 332 pasiyent vəfat edib, 7 540 nəfər sağalıb.

Ümumilikdə Rusiyada 4 762 569 nəfərdə koronavirus aşkarlanıb, 108 232 xəstə dünyasını dəyişib, 4 388 008 nəfər sağalıb, 266 329 pasiyent müalicə olunur.

Gununsesi.info