Rusiyada təyyarə qəzası - 1 ÖLÜ, 1 YARALI

  • Müəllif: admin
  • 07 Noyabr 2017 09:25

Rusiyanın Amur vilayətində təyyarə qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional xidməti məlumat yayıb.

Məlumata əsasən, AN-2 tipli təyyarə sərt eniş edib və yanmağa başlayıb. Qəza nəticəsində pilotlardan biri həlak olub. Digəri isə ağır vəziyyətdədir. Hadisə baş verən zaman göyərtədə sərnişin olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info