Rusiyada terror aktı ilə bağlı beşinci şəxs həbs edilib

  • By ilhame
  • 25 Mart 2024 20:05

Rusiyanın paytaxtı Moskvanın Basmannı məhkəməsi “Krokus”da terror aktı ilə bağlı iş üzrə beşinci müttəhim Dilovar İslamovu həbs edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə paytaxt məhkəmələrinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

 

D.İslamov bir ay iyirmi doqquz gün müddətinə həbs edilib. O, mayın 22-dək istintaq təcridxanasında qalacaq.

Gununsesi.info