Rusiyada terror aktı ilə bağlı daha bir nəfər həbs edilib

  • By ilhame
  • 25 Mart 2024 21:13

Moskvanın Basmannı məhkəməsi “Crocus”da terror aktı ilə bağlı iş üzrə altıncı müttəhim İsrail İslamovu həbs edib.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə Moskva məhkəmələrinin mətbuat xidməti özünün teleqramdakı kanalında xəbər yayıb.

 

O, bir ay iyirmi doqquz gün müddətinə həbs edilib. İsrail İslamov mayın 22-dək istintaq təcridxanasında qalacaq.

 

Məhkəmə bağlı qapılar arxasında keçirilib.

 

Bununla da terror aktı ilə bağlı həbs edilənlərin sayı 6 nəfərə çatıb.

Gununsesi.info