Rusiyada TIR sürücülərini qarət edən erməni yaxalandı

  • By admin
  • 26 Sentyabr 2016 19:30

download-1

 

 Rusiyanın Yaroslavl vilayətinin Pereslavsk rayonunda polis TIR sürücülərini qarət edən 56 yaşlı Ermənistan respublikasının vətəndaşını həbs edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Yaroslavlın DİN-nin mətbuat xidməti məlumat yayıb. Oğru ermənini cinayət üstündə yaxalamaq üçün polis gecə pusqu qurmalı olub. Oğrunu avtomobil dayanacağında iki avtomobili soyduqdan sonra tutublar. Cinayətkarın vurduğu ziyan 38 min rubl qiymətləndirilib.

Həbs olunan şəxs 10-dan çox cinayətdə şübhəli bilinir.

 

 

Gununsesi.info