Rusiyada yenidən Afrika taunu virusu aşkar edildi

  • By admin
  • 31 Oktyabr 2017 21:11

Rusiyanın Nijni Novqorod vilayətində çöl donuzlarında Afrika taunu virusu aşkar edilib.

Gununsesi.info xəbər verir ki, bu virus vəhşi təbiətdə ovlanmış heyvanlarda tapılıb.

Hazırda virusun yayılmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Rusiyanın üç vilayətində – Sarato, Volqoqrad və Nijni Novqorod vilayətlərində fermada saxlanan donuzlarda Afrika taunu aşkar edilmişdi.

Bununla əlaqədar olaraq Rusiya bəzi ölkələrdən ət idxalına qadağa qoyub.

Gununsesi.info