Rusiyada yük qatarı minik maşını ilə toqquşdu, 4 nəfər ölüb

  • By admin
  • 28 Noyabr 2020 11:56

Cümə günü Rusiyanın Krasnodar Diyarında 4 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, hadisə Ust-Labinsk bölgəsində baş verib.

Regional Əməliyyat xidmətinin məlumatına görə, dəmir yolu keçidində yük qatarı ilə “Lada Priora” markalı minik maşını toqquşub.

Avtomobilin sürücüsü və üç sərnişin hadisə yerində dünyasını dəyişib. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış iki cəsədi yararsız hala düşmüş avtomobildən çıxarıb.

Qəzanın səbəbi araşdırılır.

Gununsesi.org