Rusiyadan cavab zərbəsi - 30 TERRORÇU MƏHV EDİLDİ

  • Müəllif: admin
  • 03 Fevral 2018 22:24

Rusiya İdlibin “Su-25” təyyarəsinin vurulduğu rayonuna yüksək dəqiqliyi olan silahla zərbələr endirib.

Gununsesi.info xəbər verir ki, zərbələr nəticəsində 30 “Cəbhat ən-Nusra” terrorçusu məhv edilib.

Qeyd edək ki, bu gün Suriyanın İdlib əyalətində Rusiyanın “Su-25” təyyarəsi vurulub. Təyyarənin pilotu katapult edib və sonra terrorçularla toqquşmada həlak olub. Hazırda Rusiya və Türkiyə tərəfləri rusiyalı pilotun cəsədinin qaytarılması üzrə tədbirlər görürlər.

Gununsesi.info