Rusiyadan İsrailə qadağa: Pomidor ixracı dayandırıldı

  • By admin
  • 25 Dekabr 2020 16:09
“Rosselxoznadzor”  İsraildən Rusiyaya “NIRIT SEEDS LTD” şirkəti  tərəfindən  ixrac edilən pomidor toxumlarında virus (ToBRFV) aşkar edib. Odur ki,  həmin məhsulla bağlı müvəqqəti karantin fitosanitar tədbirinin tətbiq olunduğu bildirilib.
Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, “Rosselxoznadzor”ın hesabatında belə deyilir.
Qurum İsrail məhsullarının Rusiyanın bütün tələblərinə uyğunluğunu təsdiqləyən bir fitosanitar sertifikatı ilə müşayiət olunduğunu qeyd edib. Sertifikat İsrailin Milli Bitki Qoruma Təşkilatı tərəfindən verilib.
Hesabatda göstərilir ki, “Rosselxoznadzor” nümayəndələri 2020-ci il dekabr ayının əvvəlində İsrailin Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinə Rusiyaya tədarük olunan məhsulların keyfiyyəti ilə bağlı hər hansı bir rahat formatda danışıqları ən qısa müddətdə aparmağı təklif ediblər. Qurumun məlumatında bu təklifə və ya  göstərilən faktla bağlı İsrail tərəfinin həyata keçirdiyi fitosanitar tədbirlər  və rəsmi istintaqın nəticələri barədə hələlik bir cavab alınmadığı vurğulanıb.
Xatırladaq ki, dekabrın əvvəlində Rusiya tərəfindən Azərbaycan pomidorunun idxalına qoyulan qadağa bu günlərdə aradan qaldırılıb.

Gununsesi.org