Rusiyadan Türkiyəyə sərt ismarıc

  • By admin
  • 21 Aprel 2017 12:05

9a26a83f-cd3d-4461-8cfd-947b8d8b7fa7_150_100

Rusiyadan Türkiyəyə sərt ismarıc.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya Baş nazirinin köməkçisi Arkadi Dvorkoviç Türkiyənin Rusiyadan aldığı buğdaya qoyduğu vergini aradan qaldırmadığı halda, Rusiyanın da heç bir güzəştə getməyəcəyini açıqlayıb.

Bu barədə məlumatı Rusiyanın xəbər agentliyi olan “Sputnik” verib. Dvorkoviç bildirib ki, əgər buğdaya qoyulan vergi ləğv olunarsa, Rusiya da bəzi şeylərdə güzəştə gedə bilər.

Qeyd edək ki, Türkiyə buğdanın vergisiz idxal olunduğu ölkələr siyahısından Rusiyanı 16 martda çıxarıb.

Rusiyanın Türkiyədən aldığı pomidora vergi tətbiq etməsinin qarşılığında bu addımın atıldığı ehtimal olunur.

Gununsesi.info