Rusiyalı azərbaycanlılara görə məhkəmə qarşısına çıxacaq

  • By admin
  • 13 Fevral 2020 11:16

Rusiyanın Sankt-Peterburq şəhərinin Fruzenski rayonunda Rusiya vətəndaşı azərbaycanlıları saxta sənədlə qeydiyyata alıb.

Gununsesi.org-un  Spbdnevnik.ru-ya istinadən verdiyi xəbərə görə, həmin şəxs heç bir yerdə işləməyib və əvvəl məhkumluq həyatı yaşayıb.
Araşdırma zamanı məlum olub ki, o, ötən ilin mayından avqustuna qədər 14 nəfər Azərbaycan vətəndaşını saxta sənədlə qeydiyyata salıb.

Prokurorluqdan verilən məlumatda qeyd edilir ki, rusiyalının qeydiyyata saldığı ünvanda azərbaycanlılar yaşamayıb. İş baxılmaq üçün məhkəməyə göndərilib. Həmin şəxs 100-500 min rubl (2,690- 13,450 AZN) məbləğində cərimə edilə və üç ilə qədər islah işlərinə cəlb oluna bilər.

Gununsesi.org