Rusiyalı həkimlərdən dünya rekordu

  • By admin
  • 20 Mart 2024 15:13

Sankt-Peterburqdan olan cərrahlar tərəfindən dünya rekordu müəyyənləşdirilib. Onlar xəstənin ağciyərlərindən 170 metastaz çıxarıblar.

Gununsesi.info oxu.az-a istinadən xəbər verir ki, əməliyyat 6 saat davam edib.

Bildirilib ki, dünya onkologiyasında belə əməliyyatın analoqu yoxdur.

Məlumata görə, gənc xəstədə metastazlar 2020-ci ildə yoluxduğu osteosarkomanın nəticəsində əmələ gəlib. Son dörd il ərzində kişi Moskva və Almaniyada bir neçə kimyaterapiya kursu keçib.

Şiş ocaqlarının böyüməsi əməliyyatla dayandırılıb, lakin Almaniyadakı həkimlər metastazları çıxarmağa cəsarət etməyiblər.

Hazırda xəstə üçün proqnoz əlverişlidir.

 

Gununsesi.info