Rusiyalı nazir: Türkiyə bu ərazidə razılaşdı

  • By admin
  • 18 Avqust 2017 20:45

alexander_novak_260914
Türkiyə tərəfi “Türk axını” boru kəmərinin çıxış nöqtəsini müəyyən edib.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Energetika naziri Aleksandr Novak İzmir Beynəlxalq Yarmarkasında çıxışı zamanı deyib.

“Orada dənizdən quru nöqtəsinə qədər olan çıxış nöqtəsi müzakirə edildi. Müxtəlif baxışlar oldu. Əvvəlcə, şimal qəsəbələrindən birində çıxış nöqtəsi ilə bağlı razılığa gəldilər və elə bunun üzərində də dayandılar. Həmin ərazi iqtisadi və coğrafı baxımından əlverişli mövqedədir”, – deyə nazir bildirib.

Gununsesi.info