Rusiya səfiri: “Türkiyə ilə aramızda baş verənlər Azərbaycanla münasibətlərimizə mənfi təsir etmir”

  • By admin
  • 27 May 2016 15:07

Doroxin1

“Türkiyə-Rusiya münasibətləri ilə bağlı əsas məsələ odur ki, baş verənlər Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir etmir”.

 

Gununsesi.info-nun Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin suallarını cavablandırarkən deyib.

 

O bildirib ki, rəsmi Moskva Azərbaycanın bu məsələdə ölçülü siyasətini yüksək qiymətləndirir: “Bizim əməkdaşlığımız sınağa davam gətirdi. Mənim Azərbaycanda yüksək vəzifəli həmsöhbətlərimdən biri dedi ki, “biz, Rusiya və Türkiyə arasında baş verənlərdən sizdən çox narahatlıq keçiririk”.

 

Düşünürəm ki, o şişirtməyib. Azərbaycan üçün nəinki iki yaxın ölkə arasında münaqişəni görmək emosional şəkildə ağrılıdır, həm də o düzgün praktik addımlar atmalıdır. Tarixi oxuyanlar bilir ki, Rusiya-Türkiyə münasibətləri hər zaman mürəkkəb olub. Bir neçə müharibələr olub. Düzdür, sonradan biz həmişə barışmışıq. Ümid edirəm ki, bu, hazırki vəziyyətdə də baş verəcək. Hər şey Türkiyə tərəfindən asılıdır. Onlar nə etməli olduqlarını bilirlər”.