Rusiyalılar ən çox harada istirahət edir?

  • By admin
  • 26 Avqust 2019 16:17

Səyahətlərin təşkili üzrə onlayn xidmət göstərən “OneTwoTrip” təşkilatı rusiyalı turistlərin daha çox hansı ölkələrə səfər etdiyini araşdırıb.

Mütəxəssislər 2018 və 2019-cu illərdə iyunun 1-dən iyulun 31-dək alınmış təyyarə biletlərini təhlil ediblər. Novator.az xəbər verir ki, hesabata görə, 2019-cu ilin yayında xaricə turist kimi gedən rusiyalıların sayı 2018-ci ilin yayı ilə müqayisədə 12,5% artıb. Ötən ilin yayında xarici ölkələrə təyyarə biletləri ümumi biletlərin 16%-ni, bu il 18%-ni təşkil edib.

“OneTwoTrip” təşkilatı bildirir ki, 2019-cu ilin yayında rusiyalı turistlər ən çox Ermənistana gedib: 10,3%. Rusiyalı turistlərin 7,9%-i İtaliyaya, 6,3%-i İspaniyaya təyyarə bileti alıb. Əhalinin 6,2%-i bu yay Türkiyəyə gedib. Sonrakı yerlərdə Yunanıstan, Fransa və Çexiya gəlir.

Gununsesi.org