
ABŞ Rusiyadan gözlənilən istənilən hücuma cavab verməyə hazırdır.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin strateji komandanlığının sədri, general Con Hayten Nümayəndələrə Palatasının silahlı qüvvələr komitəsinin iclasında büdcə din ləmələri zamanı Putinin Rusiyanın yeni silahlara malik olması barədə verdiyi mesajı şərh edərkən deyib.
“Biz istənilən təhlükəyə cavab verməyə, onu aradan qaldırmağa hazırı və bu məsələdə kiminsə şübhəsi olmasın” – deyə, amerikalı general Con Hayten bəyan edib.
General əmindir ki, Rusiya ABŞ-a qarşı hər hansı genişmiqyaslı hücum reallaşdıra bilməz: “Onu demək istərdim ki, onlar hətta bizim sualtı gəmilərimizin harada olduğundan belə xəbərsizdirlər. Əgər bu yolu seçəriksə, o zaman bu gəmilər Rusiyanı məhv etməyə qadirdir”.
Gununsesi.info












