Rusiyanın baş naziri təsdiqləndi

  • By admin
  • 16 Yanvar 2020 17:20

Dövlət Duması Rusiya Prezidenti Vladimir Putinə Mixail Mişustinin Rusiya Federasiyası Hökumətinin sədri təyin edilməsinə razılıq verib.

Gununsesi.org xəbər verir ki, Mişustinin namizədliyini plenar iclas zamanı prezidentin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Qarri Minx təqdim edib.

Hökumət başçısı təyin edilməsini Dövlət Dumasının üç fraksiyasının – “Vahid Rusiya”, “Liberal Demokrat Partiyası” və “Ədalətli Rusiya” nümayəndələri dəstəkləyib.

Kommunist Partiyası fraksiyasının deputatları səs vermədə iştirak etməyiblər.

Gununsesi.org