Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəfat etdi

  • Müəllif: admin
  • 20 Fevral 2017 21:55

curkin-bmt

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin vəfat edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Rusiya XİN-i açıqlama yayıb.

Onun fevralın 20-də Nyu-Yorkda vəfat etdiyi bildirilir. Vitaliy Çurkin 65 yaşına bir gün qalmış dünyasını dəyişib.

V.Çurkin 2006-cı ildən Rusiyanın BMT-dəki daimi nümayəndəsi  olub, həmçinin ölkəsini və BMT Təhlükəsizlik Şurasına təmsil edib.

Gununsesi.info