Rusiyanın ehtiyat fondu tükəndi – Rəsmi

  • By admin
  • 08 Oktyabr 2016 19:04

img2213435

 

2017-ci ildə Rusiyanın ehtiyat fondu tükənəcək.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Maliyyə nazirinin müavini Aleksey Lavrov söyləyib. Onun sözlərinə görə, gələn il məhz bu fonddan 1,1 trilyon rubl xərclənəcək.

O, ehtiyat fondun tükənməsindən sonra Rusiya Milli Rifah Fondunun imkanlarından istifadə ediləcəyini açıqlayıb. Lavrov bu fondun ehtiyatlarının ölkəyə üç il bəs edəcəyini söyləyib.

 

 

Gununsesi.info