Ukrayna Baş Qərargahı müharibə başlayandan Rusiyanın ümumi itkilərini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, 24 iyul 2026-cı il tarixinədək Rusiya ordusunun ümumi döyüş itkiləri aşağıdakı kimidir:
▪️ 1 436 100 hərbçi (+1 410 son sutkada) (ölən və yaralananlar daxil)
▪️ 12 201 tank (+10)
▪️ 25 000 zirehli döyüş texnikası (+6)
▪️ 46 646 artilleriya sistemi (+76)
▪️ 1 968 yaylım atəşli reaktiv sistem (+7)
▪️ 1 516 hava hücumundan müdafiə sistemi (+1)
▪️ 439 döyüş təyyarəsi (+1)
▪️ 354 helikopter
▪️ 425 240 operativ-taktiki PUA (+1 652)
▪️ 2 006 yerüstü robotlaşdırılmış kompleks (+12)
▪️ 34 gəmi/qayıq
▪️ 2 sualtı qayıq
▪️ 124 787 avtomobil və yanacaq daşıyan texnika (+544)
▪️ 4 454 xüsusi təyinatlı texnika (+1)
▪️ 4 938 qanadlı raket məhv edilib (+2)
Ukrayna Baş Qərargahı qeyd edir ki, döyüşlərin yüksək intensivliyi səbəbindən bu rəqəmlər mütəmadi olaraq yenilənir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi itkiləri ilə bağlı son statistik məlumatını 25 fevral 2026-cı il tarixində yayıb. Müharibə şəraitində tərəflərin açıqladığı itkiləri müstəqil şəkildə təsdiqləmək mümkün deyil.












