Rusiyanın məşhur balerinası Anastasiya Voloçkova KİŞİLƏRLƏ 15 MİN DOLLARA GÖRÜŞÜR - FOTOLAR+VİDEO

  • By admin
  • 28 Noyabr 2017 11:12

“Məşhur balerina və aktrisanın bir gecəlik qiyməti bəlli olub. Rusiyanın məşhur balerina və aktrisası Anastasiya Voloçkova ilə bir gecə keçirmək istəyən kişilər 15 min dollarından keçməli olublar”.

Gununsesi.info ntv-yə istinadən xəbər verir ki, belə bir səs-küylü bəyanatla qadın biznesmen Olqa Leybman çıxış edib.

Olqa Leybman bildirib ki, bu adamların bir qismi mənim yaxın ətrafımda olan insanlardır: “Mənim ən yaxın tanıdığım səkkiz kişi Anastasiya ilə bir yataqda olublar. Bu insanlar mənim dostlarımdır. Təəssüflər olsun ki, mən onların adını çəkə bilmərəm. Onlar Anastasiya ilə bir gecə keçirmək üçün 15 min dollarından keçməli olublar”.

Balerina isə Olqanı məhkəmə ilə hədələyərək bildirib ki, qoy sübut etsin: “Qoy, o, mənə verilən pulları sübut etsin. Çünki belə bir hal olmayıb və ola da bilməz”.

Bununla belə balerina insanlarla intim əlaqələrini də inkar etməyib: “Mən sərbəst bir insanam kiminlə istərəm gəzərəm də, yataram da, bu mənim şəxsi işimdir. Lakin mən pula görə özümü aşağılamıram və yatmıram”.

Leybman sonradan fikrini belə izah etməyə çalışıb ki, guya o, onun tanıdığı kişilərin Anastasiya ilə intim münasibətləri nəzərdə tutmayıb: “Bunu deyəndə mən tanıdığım kişilərin çoxunun Nastyanın eskort-xidmətindən yararlanmaq mənasını nəzərdə tutmuşam”.

Gununsesi.info