Rusiyanın məşhur generalı dünyasını dəyişdi

  • By admin
  • 05 Noyabr 2019 19:09
Rusiyalı məşhur general-polkovnik Anatoli Noqovits 67 yaşında vəfat edib.
Gununsesi.org xəbər verir ki, bu məlumatı “Vzqlyad” qəzeti yayıb.
Qeyd edək ki, Noqovits 2008-ci ildə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin edilib. O, ictimaiyyət arasında 2008-ci ildə – Gürcüstan-Rusiya savaşından sonra məşhurlaşıb. Belə ki, bu müharibə zamanı Noqovits mütəmadi olaraq mətbuat konfransı təşkil edib, rəsmi məlumatları verən şəxs olub.
General-polkovnik 2012-ci ildə ehtiyata buraxılıb.
Gununsesi.org