Rusiyanın MDB-yə sədrliyi çərçivəsində bu il qarşıya qoyulan əksər tapşırıqlar yerinə yetirilib - LAVROV

  • By admin
  • 10 Oktyabr 2017 15:06

lavrov_(4)

“MDB ölkələri dünya ictimaiyyətinə bir sıra beynəlxalq məsələlərlə bağlı ümumi yanaşma nümayiş etdirir”.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, bunu MDB Nazirlər Şurasının iclasının yekunlarında dair keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O, MDB ölkələri xarici işlər nazirlərinin dar çərçivədə olan görüşünün məhsuldar atmosferdə keçdiyi söyləyib: “Gündəlikdə duran geniş əhatəli məsələlər – regional məsələlər, MDBçərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi apardıq. Müzakirələr bir daha onu göstərdi ki, bizim ölkələrin bir çox beynəlxalq problemlərə yanaşması oxşardır. Mövqelərimizin koordnasiyası kontekstində beynəlxalq ictimaiyyətə gündəlikdə duran bir sıra aktual mövzulara ümumi yanaşmamızı nümayiş etdirməyimizi vacib hesab edirəm”.

S.Lavrov Rusiyanın MDB-yə sədrliyi çərçivəsində bu il qarşıya qoyulan əksər tapşırıqların yerinə yetirildiyini söyləyib. 

Gununsesi.info