Rusiya tranzit qaz razılaşmasına görə Ukraynaya 3 milyard dollar ödəyəcək.
Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin köməkçisi Andrey Yermak yerli İctimai Televiziyaya müsahibəsində deyib.
O bildirib ki, Rusiyanın “Qazprom” şirkəti, Stokholm arbitraj qərarına uyğun olaraq, Ukraynaya 3 milyard dollar ödəyəcəyinə razılıq verib.
“Biz çox yaxşı xəbərlərlə vətənə qayıdırıq və Ukrayna üçün əlverişli şərtlərlə tranzit müqaviləsi bağlanacaq. Bu razılaşmalar sayəsində Ukrayna 3 milyard dollar qazanacaq”, – Yermak belə deyib.
Məbləğin əvvəlcədən məsləhətləşmələr zamanı təklif olunan qazla deyil, nağd şəkildə ödəniləcəyi bildirilir.