Rusiyanın Ukraynadakı DƏHŞƏTLİ İTKİLƏRİ

  • By admin
  • 31 Mart 2022 11:48

Rusiya Silahlı Qüvvələri müharibə başlayandan bu günə qədər Ukraynada 17 500 canlı qüvvə itirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Rusiya Silahlı Qüvvələrinin 614 ədəd tankı, 1 735 ədəd zirehli döyüş maşını, 311 ədəd artilleriya sistemi, 96 ədəd reaktiv yaylım atəş sistemi, 54 hava hücumundan müdafiə sistemi, 135 ədəd hərbi təyyarəsi, 131 ədəd helikopteri, 1201 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kateri, 75 ədəd yanacaq çəni, 81 ədəd dronu, 22 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib” – məlumatda deyilir.

Gununsesi.info