Rusiyanın “vaqnerçi” muzdluları  Qarabağa gəlməyə HAZIRLAŞIR

  • By admin
  • 28 Sentyabr 2020 16:45

Rusiyada fəaliyyət göstərən və daha çox “vaqnerçilər” kimi tanınan “Vaqnerin özəl hərbi şirkəti”nin muzdlu döyüşçüləri Qarabağa gələ bilər. 

Gununsesi.info Rusiyanın Ura.ru saytına istinadən bildirir ki, “vaqnerçi”lərdən biri bu barədə açıqlama verib.

“Siqnal gələn kimi Qarabağa yola düşəcəyik. Biz Ermənistan tərəfdə vuruşacağıq”-deyə muzdlu döyüşçülərdən biri sayta danışıb.

Xatırladaq ki, “vaqnerçi”lər Suriya, Liviya, Venesuela və s. regionlarda pul qarşılığında döyüşlərə qatılıb.      

Gununsesi.info