Ruslar daha bir şəhərin merini əsir götürdü

  • By admin
  • 16 Mart 2022 16:04

Rusiya hərbçiləri Xerson vilayətinin Skadovsk şəhərinin meri Aleksandr Yakovlev və müavini Yuri Palyuxanı əsir götürüblər.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli fəal Artyom Kotyuçenko məlumat yayıb.

Məlumata görə, hazırda şəhər əhalisi şəhər şurasının binasının qarşısında etiraz aksiyası keçirir. Əhali əsir götürülmüş şəxslərin qaytarılmasını tələb edir.

Gununsesi.info