Ruslar Misirdə Atom Elektrik Stansiyası tikəcək

  • By admin
  • 04 Sentyabr 2017 12:42

1501689924

Misir “Əl-Daba”da Rusiya ilə birgə Atom Elektrik Stansiyası (AES) tikmək barədə müqavilə şərtləri üzərində işləri yekunlaşdırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Misir prezidenti Əbdül-Fəttah əs-Sisi bəyan edib.

Misir prezidenti əs-Sisi Rusiya prezidenti Vladimir Putini AES tikintisi ilə bağlı sənədlərin təntənəli imzalanma mərasimində iştirak etmək üçün Qahirəyə dəvət edib.

Sisi bildirib ki, Əl-Daba AES-nin tikintisi ilə bağlı müqavilə şərtləri üzərində bütün işlər yekunlaşdırılıb. “Mən belə bir addımı alqışlayıram və inanıram ki,sizinlə birgə AES tikintisi ilə bağlı sənədi təntənəli şəraitdə imzalayacağıq, deyə Sisi Putinlə görüşündə deyib.

Qeyd edək ki, görüş Çinin Syamen şəhərində BRİKS-ə üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında baş tutub.

Gununsesi.info